İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına medallar təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları Abbasov Səhhət və Həziyev İntizara medal və vəsiqələr təqdim edilib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində dövlət başçısının sərəncamları ilə təltif olunmuş Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Tədbir zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək Nazirliyin öz fəaliyyətləri çərçivəsində gördüyü işləri diqqətə çatdırıb. Qeyd olunub ki, insan kapitalının inkişafı, əməkdaşların bilik və bacarıqlarının artırılması bu baxımdan xüsusi önəm kəsb edir.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medal və vəsiqələr təqdim edilib. Nazirliyin əməkdaşlarının fəaliyyətlərinə verdiyi yüksək qiymət və göstərdiyi diqqət üçün dövlət başçısına dərin minnətdarlıq ifadə edilib.