Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşına medal təqdim olunub
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində dövlət qulluğunda səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşın təltif edilməsi münasibətilə tədbir keçirilib.
Tədbir zamanı Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək Nazirliyin fəaliyyət istiqamətlərində görülən işləri diqqətə çatdırıb.
Daha sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin rəisi Əziz Fətullayevə medal təqdim edilib.
Dövlət qulluqçularının fəaliyyətinə verdiyi yüksək qiymət və göstərdiyi diqqətə görə dövlət başçısına dərin minnətdarlıq ifadə edilib.