Naxçıvanda vergi daxilolmaları 2,8 faiz artıb
2026-cı ilin yanvar – aprel aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 79,5 milyon manatdan artıq vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,8 faiz və ya 2,2 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 57,3 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 9,4 faiz və ya 4,9 milyon manat artıb.
Ödənilən vergilərin 72,0 faizi qeyri-dövlət sektorunun, 28,0 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2026-cı ilin yanvar – aprel aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 1,6 milyon manata yaxın olub.