Naxçıvanda vergi daxilolmaları artıb
2026-cı ilin yanvar – iyul aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 146 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,8 faiz və ya 5,4 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 104,4 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 9,5 faiz və ya 9,1 milyon manat artıb.
Ödənilən vergilərin 71,5 faizi qeyri-dövlət sektorunun, 28,5 faizi isə dövlət sektorunun payına düşüb.
2026-cı ilin yanvar – iyul aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 2,8 milyon manatdan çox olub.