Ordubad rayonunda vətəndaş qəbulu keçiriləcək
15 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, Xidmətin rəis müavini, Tural Abdulzadə Ordubad rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul saat 1100-dan etibarən 4 saylı Ərazi Vergilər İdarəsinin Ordubad şəhərində H.Əliyev prospekti 80a ünvanında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (036) 545-00-34 nömrəli telefonu və ndvx@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.