Tələbələr Dövlət Vergi Xidmətində istehsalat təcrübəsi keçirlər
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Naxçıvan Dövlət Universitetinin tələbələri üçün istehsalat təcrübəsi başlanılıb.
Təcrübənin məqsədi tələbələrin nəzəri biliklərinin praktiki fəaliyyətlə möhkəmləndirilməsi, vergi orqanlarının iş prinsipləri ilə yaxından tanış olmaları, eləcə də gələcək peşə fəaliyyətləri üçün zəruri bilik və bacarıqlar əldə etmələrinə dəstək göstərməkdir.
Təcrübə müddətində tələbələr Dövlət Vergi Xidmətinin struktur bölmələrinin fəaliyyəti, vergi inzibatçılığı, vergi ödəyicilərinə göstərilən xidmətlər, rəqəmsal həllər və elektron xidmətlər barədə məlumatlandırılaraq, müxtəlif istiqamətlər üzrə iş proseslərini izləmək imkanı qazanırlar.
Qeyd edək ki, istehsalat təcrübəsinin təşkili gənclərin peşəkar inkişafına, əmək bazarına hazırlığının gücləndirilməsinə və dövlət qurumlarında iş təcrübəsi əldə etmələrinə mühüm töhfə verir.