“Vergi Müfəttişləri” komandası intellektual oyunun qalibi olub
12 avqust 2026-cı il tarixdə 12 Avqust–Beynəlxalq Gənclər günü münasibətilə Naxçıvan şəhərində fəaliyyət göstərən idarə və təşkilat komandaları arasında "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu keçirilib.
Şahmat Mərkəzində baş tutan yarışda 7 komanda üzrə 28 nəfər iştirakçı öz bilik və zəka bacarıqlarını nümayiş etdirib.
Naxçıvan Şəhər Vergilər İdarəsinin "Vergi Müfəttişləri" komandası 1-ci yerin sahibi olub. Naxçıvan Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan oyunda qalib komanda və komanda üzvləri təşkilatçılar tərəfindən diplom, kubok və hədiyyələrlə təltif olunublar.